İlham Əliyev: "Erməni tankları Bakıya gəldi, amma qənimət kimi"

İlham Əliyev:

"Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar”.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

"Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər”, - Prezident vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az