İlham Əliyev Şəhidlər Xiyabanında
Azərbaycan prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib.
Prezident şəhidlərin qəbirlərini ziyarət edib, qərənfillər düzüb. İlham Əliyev "Əbədi məşəl” kompleksi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Hər ildə olduğu kimi bu gün də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verdilər.
Miq.az