İlham Əliyev Türkiyə ilə iki sazişi TƏSDİQLƏDİ

İlham Əliyev Türkiyə ilə iki sazişi TƏSDİQLƏDİ

Azərbaycanla Türkiyə arasında imzalanmış iki saziş təsdiqlənib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb. 

Birinci fərmanla "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib. Bu sənəd 2021-ci il noyabrın 11-də Ankara şəhərində imzalanıb. 

İkinci fərmanla "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Bu sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az