İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilir-Yevlaxda

 İlham Əliyevin sədrliyi  ilə müşavirə keçirilir-Yevlaxda

Müşavirədə qeyri-neft ixracatçıları iştirak edir

Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir. Müşavirə prezident İlham Əliyevin sədrliyi ilə başlayıb. Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Bu gün dövlət başçısı həmçinin Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub. İlham Əliyev Mərkəzin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verib. Bildirilib ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az