İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq yekunlaşdı

İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq yekunlaşdı
Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə məlumat verən vəkil Vasif Mirzəyev bildirib ki, bu gün ona və M. Hüseynovaya müstəntiq tərəfindən istintaqın yekunlaşması elan edilib. Vəkil M. Hüseynovanın ittihamları qəbul etmədiyini, günahsız olduğunu və növbəti həftədən cinayət işinin materialları tanış olmağa başlayacaqlarını deyib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva fevralın 25-də dünyasını dəyişib. /APA.az/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az