İmamoğluya bu qədər həbs cəzası qoyula bilər

İmamoğluya bu qədər həbs cəzası qoyula bilər
Həbs olunaraq işdən çıxarılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək barəsində söylədiyi sözlərə görə açılan iş 16 iyun saat 10:00-a təxirə salınıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə "Sözcü” qəzeti məlumat yayıb.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlu bu gün Silivridə Akın Gürlək haqqında söylədiyi fikirlərə görə "terrorla mübarizədə iştirak edən insanları təhdid etmək və hədəfə almaq” ittihamı ilə mühakimə olunur.

Bu halda İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması istənilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az