İmişli rayonunun bütün ümumtəhsil məktəblərində Bilik günü qeyd olunub
Sentyabrın 15-də İmişli rayonunun 62 ümumtəhsil məktəbində Bilik günü təntənə ilə qeyd olunub.
Yeni dərs ilinin başlanması münasibətilə İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısı cənab Vilyam Hacıyev çıxış edərək pedaqoji kollektivi və şagirdləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik edib. Qeyd olunub ki, ötən dərs ilinin yekunlarına görə İmişli rayonu üzrə 257 nəfər, əvvılki illərin məzunları ilə birlikdə 301 nəfər respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar. Daha sonra gənc nəslin elmi biliklərə dərindən yiyələnməsi, onların hərtərəfli inkişafı üçün təhsil ocağında yaradılan şəraitdən bəhs olunub. Çıxış edənlər yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar.