Vətəninfio.az xəbər verir ki, İmişli şəhəri H.Əliyev prospekti 111-sayli ünvanda yerləşən Fidan şadlıq sarayının sahibi böyük bizneslə məşğul olan Kamil Kərimov qanunsuz tikililər tikərək " Mən heç kimi tanımıram”-deyir.

Yerli müxbirimizin verdiyi məlumata görə,bu gün saat 10-00 radələrində yenidən Kamil Kərimov Hüseynov Babək Cavanşir oğluna məxsus 40 kvm ərazidə qanusuz olaraq tikinti işləri aparıb.Əraziyə FHN-nin Salyan Ərazi İdarəsinin işçiləri və rayon İH-nin nümayəndələri baxış keçirərək tikintinin dayandırılması üçün göstəriş veriblər .Kamil Kərimov əraziyə gəlməsə də əvəzində şillə vuran qoçularından olan Elxan adlı işçisi qanunsuz tikinti işlərinə rəhbərlik edirmiş. FHN-nin Salyan Əİ-nin əməkdaşları tikintinin qanunsuz aparıldığını təcili olarq tikinti işlərinin dayandırtılması göstərişi versələr də Kamil Kərimovun Elxan adlı şillə vuranı "Fövqaladə Hallar Nazirliyi kimdir ki,bizim işimizə müdaxilə edir, biz Əmlak Komitəsini tanıyırıq”-deyərək FHN-nin məkdaşlarının inşaat işlərinin dayandırılması ilə bağlı tələblərinə tabe olmayıblar.

Maraqlısı budur ki, Kasmil Kərimov nəyin ki, FHN-nin əməkdaşlarını heç hüquq-mühafizə orqanları əməkdaşlarını da belə tanımamazlıqdan gəlir. Yerli müvafiq orqanlar bu adamın belə başıpozuqluq və qanunları tanımamazlığı qarşısında isə susurlar. FHN-nin əməkdaşların "FHN-yi kimdir ki,bizim işimizə mane olsun”-demələri isə artıq bu qudurğan iş adamının dövlət orqanlarına qarşı itaətsizliyinin bariz nümunəsidir. Kamil Kərimovun başqasının əmlakına göz qoyması isə, qanunla necə tənzimlənir bunu İmişli rayon Prokrorluğu və digər hüquq-mühafizə orqanları yəqin ki, qanunun dili ilə ona anladacaqlar.Bizdən isə belə bir qanunları tanımayan adamları ifşa etmək düşür.
Babək
Vətəninfo.az