Vətəninfo.az xəbər verir ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev görülən işlər və qaşıda duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, rаyоnunun sоsiаl-iqtisаdi inkişаfındа bir sırа uğurlu nəticələr əldə оlunub. Kənd təsərrüfatı və sənaye istehsalında ötən ilin müvafiq dövri ilə müqayisədə artım müşahidə olunub. Rayonda geniş tikinti, abadlıq və quruculuq işləri aparılıb. Küçələr abadlaşdırılıb, yeni parklar salınıb, yol kənarlarına milli arnamentlərə uyğun çəpərlər çəkilib. Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi yekunlaşmaq üzrədir.

Rayonda bu təbəqədən olan insanlar üçün növbəti ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub. Bundan əlavə hər biri 100 yerlik iki uşaq bagçasının və İmişli rayon məhkəməsinin inzibati binasının tikintisi yekunlaşmaq üzrədir. Bundan əlavə rayonun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular-Muradxanlı kəndlərini birləşdirən 23 km-lik asvalt-beton yol əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda Xoşçobanlı-Murğuzalılı 6 km, Xəlfəli 6 km, Qulubəyli 3 km avtomobil yollarında isə təmir işləri davam etdirilir. Əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sitemlərinin yenidən qurulması işləri də davam edir. Hesabat yığıncağında əhaliyə göstərilən poçt rabitə xidmətləri, kəndlərin elektrik enerjisi və mavi yanacağa olan tələbatının ödənilməsi sahəsində görülən işlər təhlil edilib, qaşıda duran əsas vəzifələr müyyənləşib.