İmişlidə qanvermə aksiyası keçirilib
Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və
hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.
Mərkəzi Qan Bankı
tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları
tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan
qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Belə
ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər
qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada
iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü
qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə
aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd
etdilər.
Vətəninfo.az