İmişlidən daha bir qalmaqal

İmişlidən daha bir qalmaqal

Vilyam Hacıyevin yerdəki nümayədəsi rüşvət yığır

“Bu gün mənim çörək pulum yoxdursa. Mən rüşvəti necə verə bilərəm?” “Vətəninfo.az”ın məlumatına görə,bu sözlər “PİA.az”a İmişli rayonu Qralar kənd sakini Sulduz İmanov tərəfindən informasiya agentliyinin redaksiyamıza etdiyi müraciətdə qeyd olunub.

Şikayətçi bildirir ki, heç bir yerdə iş tapa bilmir. Həyat yoldaşı xəstədir. Yalnız qohum-əqrəbasının köməkliyi hesabına dolanır. 1975-ci ildən bu yana yaşadıqları ev isə qəzalı vəziyyətdədir: “Dəfələrlə yaşadığımız kəndin icra nümayəndəsi Etiram müəllim və əlaqədar təşkilatlar gəlib evə baxış keçiriblər və özləri də təsdiq ediblər ki , evdə yaşamaq təhlükəlidir. Lakin bu günə kimi heç bir tədbir görülməyib”.

Həyat şəraitinin ağırlığından şikayətlənən rayon sakini daha sonra bildirir ki , icra nümayyəndəsi Etiram müəllim yeni ev tikmək üçün ondan iki min beş yüz manat rüşvət istəyir. “1975-ci ildən ailəmlə birlikdə atamın tikdiyi evdə yaşayırıq. Bu ilki yağan qar-yağışı köhnə olan evimizi daha da bərbad vəziyyətə qoydu. Evdə yaşamaq  qeyri-mümkündür. Bacımın, qardaşımın evində yaşayırıq. Dəfələrlə kənd icra nümayəndəsi Etiram müəllimə və lazimi təşkilatlar gəlib baxıblar lakin bu vaxda kimi heç bir tədbir görməyiblər. 2010-cu ildən bəri coxlu sayda qəzasız evlərdə tikiblər. Amma məndən 2500-3000 manat rüşvət istəyilər, pulum olmadı ki, evimi yeniləyim. Fakt, bu gün kəndimizdə elə adamlara ev tikilir ki, həmin adamların evə qətiyyən ehtiyacı yoxdur. Amma mənim rüşvət verməyə imaknım olmadıqından mənə ev tikmilər”. Qeyd edək İmişli rayonunun yeni rəhbəri Vilyam Hacıyevdi və bu şəxslə bağlı uzun zamandı dəflərlə maraqlı faktlar cəmiyyətə çatdırılsa da,V.Hacıyev bununla bağlı hər hansı bir açıqlama vermək istəmir. Görünür başı əyləncəli proqramlarda özünü təriflətdirməyə qarışan Vilyam Hacıyev yerdəki nümayəndəsinin nələrlə məşğul olmasından bixəbərdi. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az