İmtahandan yüksək bal yığan müəllim əməliyyatdan sonra öldü

İmtahandan yüksək bal yığan müəllim əməliyyatdan sonra öldü
Lənkəran rayonunda müəllim vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbi feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, məktəbin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, məktəb Sədaqət Nəsirovanın 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal topladığı məlumatını yaymışdı.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az