Çin Rusiyaya hərbi yardıma razılıq verib – Şok iddia

Çin Rusiyaya hərbi yardıma razılıq verib – Şok iddia

ABŞ və müttəfiqlər Çinin Ukraynaya silahlı hücum edən Rusiyaya yardım göstərməyə müəyyən qədər hazır olması barədə məxfi məlumat əldə edib.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb.

"ABŞ diplomatik kanallar vasitəsilə Avropa və Asiyadakı müttəfiqlərinə məlumat verib ki, Çin ondan dəstək istəyən Rusiyaya kömək etməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd edilib.

Mənbənin məlumatına görə, Rusiyanın tələb etdiyi yardımlar arasında hazır hərbi qida dəstləri də var:

"Ukraynaya girən Rusiya ordusunun ciddi şəkildə ərzaq problemi ilə üzləşib, bu səbəbdən də daim talanla məşğuldur”.

Rusiya Çinə texniki dəstək üçün də müraciətlər edib, çünki bu yöndəki problemləri rus ordusunun hərəkətini çətinləşdirir. Amma Amerika bu yardımın artıq edilib-edilmədiyini dəqiqləşdirməyib.

Rəsmi mənbəyə istinad edən telekanalın bildirdiyinə görə, Birləşmiş Ştatlar həmçinin Çinin Rusiyaya razılığını inkar edəcəyi ilə bağlı da xəbərdarlıq edib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az