İncənin səsləri hansı namizəndə gedəcək? - Politoloq
Məhərrəm İncənin prezidentliyə namizədlikdən geri çəkilməsi prezident seçkisində yeni vəziyyət yarada bilər.
Miq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq xatırladıb ki, M.İncə 2018-ci ildə Rəcəb Tayyib Ərdoğanla uğurlu mübarizə apararaq 31 faiz səs toplamışdı:
"İncə son aylardakı çıxışlarıyla ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi. Müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, o seçkidə 3 ilə 7 faiz arasında səs toplaya bilərdi. İndi isə əsas sual budur: Namizədlikdən geri çəkilən İncənin səsləri hansı namizədə gedəcək?
Onun özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi. İncə seçki kampaniyasında həm hazırki Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi. Bəlkə də müxalifətə daha çox yüklənirdi. Fikrimcə, İncənin səsləri Rəcəb Tayyib Ərdoğan ilə Kamal Kılıçdaroğlu arasında bölünəcək”.