“İndi mən öz liderini bir şilləyə satan adamın sözünə münasibət bildirməliyəm?...”

“İndi mən öz liderini bir şilləyə satan adamın sözünə münasibət bildirməliyəm?...”

"Ümid" partiyasının sədri İqbal Ağazadə "Qaynarinfo”-ya açıqlamasında AMİP lideri Etibar Məmmədovun guya koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı yayılmış müzakirələrə münasibət bildirərkən belə deyib:

"Etibar Məmmədov mənim üçün 1988-1990- cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəssalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il - yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”
 
Moderator.az-ın ""Ümid” rəhbərinin bu fikirlərinə münasibətiniz necədir?” sualını AMİP lideri  Etibar Məmmədov bu cür cavablandırıb:
 
 "Deyib deyib də... İndi mən nə etməliyəm... O kimdir ki, mən onun sözünə münasibət bildirəm. "Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm...” 
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az