“Baku United” komandası İngiltərə Milli Futzal liqasının favoritinə çevrilir
Bu barədə Veteninfo.az-a “Odlar Yurdu” Təşkilatından bildiriblər.
“İngiltərə Futbol Federasiyasının Milli Futzal liqasının cənub divizionunda iştirak edən “Baku United” futzal klubu yanvarın 13-də çempionatın 10-cu turunda “Qərbi London” futzal klubu ilə qarşılaşıb və oyundan 4-1 hesablı inamlı qələbə ilə ayrılıb.
Qarşılaşmanın ilk dəqiqələrindən hücümda olan komandamız tezliklə 15 nömrəli futsalçımız Jordi İlle Sollenin qolu ilə hesabda irəli keçdi. Əllərinə düşən imkanı sağa-sola xərcləyən komandamız ilk hissənin ortalarında 6 nömrəli futzalçımız Miguel Cebrianın qolu ilə hesabı 2-0 çatdırdı və bu hissə komandamızın üstünlüyü ilə başa çatdı.
İkinci hissədə də hücümlarını davam etdirən komandamız rəqibin əks hücümü nəticəsində qapısında qolu görsə də, tezliklə künc zərbəsindən hava ilə ötürən topa möhtəşəm zərbə vuran 14 nömrəli futzalçımız Elisandro Limanın qolu ilə hesabı 3-1-ə çatdırdı. Hesabda inamlı üstünlük əldə etməsinə baxmayaraq sayıqlığı əldən verməyən futzalçılarımız oyunun başa çatmasına 2 dəqiqə qalmış 13 nömrəli futzalçımız İvan Silvanın qolu ilə 4-1-ə çatdırdılar və oyunu inamlı qələbə ilə başa vurdular.
Ümümulikdə bu qarşılaşmada Baku United klubu çox yaxşı təsir bağışladı. Oyunu demək olar ki, əvvəldən axıradək hücümda keçirən futzalçılarımız tez-tez qol şəraiti yaradırdılar. Komandanın hər bir üzvü öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməyə çalışırdı və sonda inamlı qələbə qazanaraq öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.
2008-ci ildə yaradılan klub artıq formalaşma mərhələsini başa vurub və London futzal liqasında sözükeçən komanda sahibinə çevrilib. Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının formalaşdırdığı “Baku United” komandası güclü oyunçulardan təşkil edilib.
Xatırladaq ki, Böyük Britaniyada futzal üzrə çempionatın ali divizionunu İngiltərə Futbol Assosiasiyasının Milli Futzal Liqası (NFL) təşkil edir. Yarışın qalibi İngiltərəni UEFA-nın futzal Kuboku turnirində təmsil edir. NFL İngiltərədə 3 zona liqasına özündə birləşdirir – Şimali, Cənubi və Midland Liqası. Onların hər birində 8 klub çıxış edir. Hər liqanın ən yaxşı 2 klubu iyunda keçirilən “Böyük final”da iştirak hüququ qazanır.
Londonu təmsil edən “Baku Yunayted” NFL-in Cənub Liqasında çıxış edir. Hazırda “Baku Yunayted” Cənub Liqasının favoriti hesab olunur.
Elnur Eltürk