İnsult keçirən xalq artistinin xanımı: “Yanına heç kimi qoymuruq”

İnsult keçirən xalq artistinin xanımı: “Yanına heç kimi qoymuruq”

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində hələ də irəliləyiş yoxdur.

 

Vətəninfo.az xəbər verir ki, bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: "Ramiz necə var elədir, hələ də sağalıb ayağa qalxmır. Yaddaşı zəifdir, güclə danışır. Nitqində yaranan problemlərə görə fikrini asanlıqla izah edə bilmir. Buna görə də çox əsəbiləşir. Həkimlər də deyir ki, ona əsəbiləşmək olmaz. Yanına gəlmək istəyənlər də çoxdur. Amma heç kimi yanına qoymuruq, çünki danışanda çətinlik çəkdiyi üçün gərginlik keçirir və səhhətinə ziyan vurur. Ümumiyyətlə, bu xəstəlik elədir ki, çətin sağalır və bunun üçün illər lazımdır”.

 

Müalicə olunmaq üçün sənətkarın xarici ölkələrə aparılması da aktualdır. Ancaq hələ ki gözlədiklərini deyib: "Özümüzdə də yaxşı həkimlər var, gözləri Ramizin üstündədir. Xaricə aparanda nə dəyişəcək ki? Beyin insultu ağır xəstəlikdir”.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az