İctimai Palatanın Koordinasiya Şurası Müsavat Partiyasının başqanı, İP KŞ üzvü İsa Qəmbər və onu müşaiyət edən heyətə qarşı Lənkəran şəhərində həyata keçirilən fitnəkarlığı ali hakimiyyət orqanlarının birbaşa göstərişi ilə təşkil olunan və həyata keçirilən akt kimi dəyərləndirir və qətiyyətlə pisləyir.
İnsident haqqında məlumatlardan görünür ki, İsa Qəmbər və heyətinə qarşı terror dərəcəsində fiziki təxribat, mülki geyimli təhlükəsizlik əməkdaşları və öyrədilmiş şəxslər tərəfindən törədilmişdir. Partiyanın Lənkəranda fəaliyyət göstərən legitim ərazi təşkilatının qapalı yerdə keçirdiyi tədbirə qatılmaq üçün əvvəlcədən heç bir xüsusi informasiya yaymadan gedən partiya heyətinin konkret yerdə toplanmış onlarla şəxsdən ibarət qruplar tərəfindən qarşılanaraq hücum edilməsi, cəzasızlığa tam əmin olaraq İsa Qəmbərə və yoldaşlarına qarşı həyat üçün ciddi təhlükəli hərəkətlər edilməsi, xəsarət yetirmələri, nümayişkaranə şəkildə onları uzun müddət təqib etmələri bunu sübut edir. DİN-in 102 xidmətinə məlumat verilməsinə, ölkənin aparıcı KİV-lərində dərhal hadisə ilə bağlı informasiya yaıylmasına baxamayaraq, hüquq-mühafizə orqanları İsa Qəmbər və heyətinə qarşı yaranmış təhlükəninn aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Bu hadisə Azərbaycanda ictimasi-siyasi vəziyyətin və hakimiyyətin kriminal, mafioz mahiyyəıtini bütün çılpaqlığı ilə açıb göstərir.
İP KŞ diqqəti belə bir məqama cəlb edir ki, İsa Qəmbər bir qədər əvvəl Müsavat Partiyası tərəfindən 2013-cü ilin payızında keçiriləcək seçkilərdə prezidentliyə namizəd irəli sürülmüşdür. Lənkəran hadisəsi İlahm Əlyevin bu seçkilərdə öz siyasi rəqiblərinə qarşı hansı metodlardan istifadə edəcəyinin və seçkiyə necə hazırlaşdığının anonslarını verir.
İP KŞ hesab edir ki, bu cür üsullardan istifadə, rejimin eyni zamanda həm də son dövrdə dalbadal baş verən ifşalarının nəticəsi olaraq zəifliyini, siyasi resurslarının tükəndiyi, iflasını, vahiməyə düşdüyünü və acizliyini göstərir. Bu yolllarla rejim öz labüd sonunun qarşısını ala bilməycəkdir.