İqbal Məmmədov yenidən namizəd olmasından DANIŞDI

İqbal Məmmədov yenidən namizəd olmasından DANIŞDI

Xəbər verdiyimiz kimi, dünən YAP fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərində hansı namizədlərlə iştirak edəcəyini açıqladı.

Miq.Az  xəbər verir ki, 123 namizədin arasında İqbal Məmmədovun da adı var. O, YAP-ın yenidən ona etimad göstərməsi ilə bağlı öz təşəkkürünü bildirib.

"Etimad göstərib yenidən 78 saylı Lerik seçki dairəsindən namizədliyimi irəli surən Yeni Azərbaycan partiyasınının rəhbərliyinə öz səmimi təşəkkürümü bildirirəm".

İqbal Məmmədov həmçinin ona dəstək olan hər kəsə minnətdarlıq edib:

"Eyni zamanda çoxsaylı telefon zəngləri və sosial şəbəkələr vasitəsilə şəxsimə ünvanlanan təbriklərə, xoş sözlərə və səmimi fikirlərə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, bu yay Lerikdəki "Relax" istirahət mərkəzində baş vermiş insidentdə İqbal Məmmədovun oğlu Orxan Məmmədovun da iştirak etdiyi və vergi əməkdaşları ilə dalaşmasını əks etdirən video görüntülər uzun müddət ölkə gündəmini zəbt etmişdi. 

Qeyd edək ki, bu hadisədən sonra İqbal Məmmədovun oğlunun da içlərində olduğu 6 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib. ("Yeni Sabah")
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az