İran bəyan etdi: “Zəngəzura görə hərbi müdaxiləyə hazırıq”

İran bəyan etdi: “Zəngəzura görə hərbi müdaxiləyə hazırıq”

"İran Ermənistan vasitəsilə dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə İran-Ermənistan Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni çıxış edib.

"İran prezidenti daha öncə bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu, İranın Ermənistan ərazisindən keçən dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazır olduğunu deməyə əsas verir. İranın ali rəhbəri həm Putinə, həm də Ərdoğana Ermənistanla sərhədin kəsilməsinə icazə verməyəcəyini deyib”, – Hüseyni vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az