İran Suriyaya çox təhlükəli silahlar göndərəcək - Netanyahu
İsrailin baş naziri Binyamin Netanyahu Tehranın Suriyaya xüsusi silahlar göndərməyi planlaşdırdığını iddia edir.
Miq.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"İran xüsusi olaraq bizim dövləti məhv etmək məqsədi ilə Suriyaya çox təhlükəli silah göndərmək niyyətindədir", - deyə Netanyahu bildirib.
Baş nazir İranın ali dini lideri Ayətulla Əli Xameneinin İsrail dövlətinin mövcud olma hüququnu tanımadığını bir daha diqqətə çatdırıb.
Miq.az