İran Zəngəzur məsələsində əcnəbi qüvvələrin gəlişinə QARŞI ÇIXDI

İran Zəngəzur məsələsində əcnəbi qüvvələrin gəlişinə QARŞI ÇIXDI
İranda bəzi media orqanlarında və sosial şəbəkədə Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani Tehranda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, sözügedən Zəngəzur məsələsi İranın şimalında çox kiçik bir hissədədir.

Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin qorunmasını diqqət mərkəzində saxlayır:

"Əlbəttə İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az