İrana qarşı şok anlaşma: Liderlər razılaşdılar

İrana qarşı şok anlaşma: Liderlər razılaşdılar

Səudiyyə Ərəbistanı və Oman İranın nüvə və raket proqramlarına qarşı əməkdaşlıq məsələsində razılığa gəlib.

Miq.Az xəbər verir ki, Oman Sultanı Heysəm bin Tariqin Səudiyyə Ərəbistanına səfərindən sonra iki ölkə birgə açıqlama verib.

Açıqlamada Səudiyyə Ərəbistanı və Omanın bölgəni qeyri-sabitliyə səbəb olan bütün fəaliyyətlərdən uzaqlaşdırmaq üçün İranın nüvə və raket proqramları ilə əlaqədar ciddi və təsiredici əməkdaşlıq barədə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, keçmiş Oman Sultanı Qabus bin Səidin ölümündən sonra, bu ilin yanvarın 11-də onu əvəz edən Heysəm bin Tariq ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Dünən iki günlük səfər üçün Səudiyyə Ərəbistanına gələn Sultan Heysəm Kral Salman bin Əbdüləzizlə görüşüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az