İrana qarşı tətbiq edilən sanksiyalar gələn il ləğv olunacaq

İrana qarşı tətbiq edilən sanksiyalar gələn il ləğv olunacaq
ABŞ-ın nüfuzlu "Bloomberg” agentliyi İrana qarşı tətbiq edilən sanksiyaların ləğv olunma tarixini açıqlayıb.
Modern.az adıçəkilən agentliyə istinadla xəbər verir ki, sanksiyalar 2016-cı ilin 1-ci rübündə ləğv olunacaq.

"Bütün lazımi prosedurlar başa çatdıqdan sonra 2016-cı ilin yanvar yaxud fevral ayı üçün sanksiyalar tam aradan qalxacaq”, - agentlik qeyd edir.

Bundan öncə, İranın ali dini lideri Ayətullah Əli Xameneyi sanksiyaların tezliklə ləğv olunmayacağı halda "altılıq” ölkələri ilə əldə olunan nüvə razılaşmasının ləğv ediləcəyini bildirib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az