İrandan etiraf - “Bunu qeyri-qanuni yolla edirik”

İrandan etiraf - “Bunu qeyri-qanuni yolla edirik”

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezayi ABŞ-ın sanksiyaları səbəbilə qeyri-qanuni yollarla neft satdıqlarını və bunun müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.

Miq.Az xəbər verir ki, yerli mətbuata danışan Rezayi ABŞ rəhbərliyinin 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya saldığını açıqlayıb.

"Neftimizi qeyri-qanuni yollarla satırıq və müqabilində aldığımız dolları məzənnənin yüksəlməməsi üçün ölkəyə gizli şəkildə gətirmək məcburiyyətində qalırıq” - deyə, İran rəsmisi qeyd edib.

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu deyən Rezayi sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını da bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az