İrandan Türkiyəyə mühüm çağırış

İrandan Türkiyəyə mühüm çağırış

Regiondakı böhranların həlli dialoqdan keçir. Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi önəmli ölkələrin iştirakı ilə regional dialoq başladılmalıdır.

Miq.Az xəbər verir ki, bu sözləri İranın Beynəlxalq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi deyib.

"Qətər dialoq platforması ilə bağlı mühüm təkliflərlə çıxış etdi və Tehran buna hazır olduğunu bildirdi”, - deyə Xərrazi bildirib.

O, eyni zamanda əlavə edib ki, İsrailin İranı hədəf alması durumunda Tehranın buna adekvat cavabı olacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az