İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid etdi
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Miq.Az-ın xəbərinə görə, C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
"Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində "Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və haqqında çox şey öyrənirəm".
Miq.Az