İranın bu obyektləri vurulacaq – İsrail ordusunun hədəfləri açıqlandı

İranın bu obyektləri vurulacaq – İsrail ordusunun hədəfləri açıqlandı

İranın Oman sahillərində bir tankerə hücumuna cavab vermək üçün İsrail ordusunun vuracağı hədəflərin siyahısı hazırlanıb.

Miq.Az xəbər verir ki, Küveytin "Al-Jeride” qəzeti iyulun 29-da Oman sahillərində İsrail gəmisinə edilən hücumun gözardı edilməyəcəyini, Təl-Əvivin buna cavab olaraq ağır zərbə vuracağını yazıb.

Məsələ ilə əlaqədar İsrail və ABŞ arasındakı təmasların sıxlaşdırıldığına diqqət çəkən qəzet Amerika və İngiltərənin bunun üçün Təl-Əvivə "yaşıl işıq” yandırdığını vurğulayıb.

İsrailin "Jerusalem Post” qəzeti isə İranın vurulacaq hədəflərini açıqlayıb.

Nəşrin iddiasına görə, İsrail ordusu Bəndər Abbas limanı, İran sahilləri yaxınlığındakı gəmilər və ya İran hərbi gəmilərini qisas üçün hədəfə ala bilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az