İranın İrəvandakı səfiri Ohanyana nə deyib?-Seyid Kazem niyə narahatdır?

İranın İrəvandakı səfiri Ohanyana nə deyib?-Seyid Kazem niyə narahatdır?
"İranla Ermənistan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir".
 
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın Yerevandakı səfiri Seyid Kazem Səcadi Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə deyib.
 
S.Ohanyan iranlı diplomata Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verib.
 
Seyid Kazem yaranmış gərginlikdən narahat olduqlarını, münaqişə bölgəsində sabitlik və sülhün yaranması üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyib. Səfir müdafiə sahəsində iktərəfli əməkdaşlığın vacibliyini də vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az