İranın Niderlanddakı səfiri də XİN-ə çağırıldı

İranın Niderlanddakı səfiri də XİN-ə çağırıldı
İranın Niderlanddakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Miq.az xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Hanke Brüinse X səhifəsində yazıb.

"Dünən gecə İranın İsrailə təhlükəli hücumunu qınadığımızı bildirmək üçün İranın Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, – deyə, o bildirib.

Qeyd edək ki, bundan öncə İranın İordaniyadakı səfiri XİN-ə çağırılaraq xəbərdarlıq edilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az