İlk dəfədir ki,Livanda merceyi teqlidimiz Muhammad Həsən Əminlə görüşdə çəkdirdiyim şəklimi qoyuram. Facebook-da əvvəllər yaymışdım.
Allame mərceyi təqlidimiz Məhəmməd Həsən Əminlə çox görüşlərim olub. Son görüşümdə İranın Suriyaya dəstək verməsi barədə maraqlı söhbətim oldu. Allame Məhəmməd Həsən elə bu barədə də 2 gün əvvəl Livanın “MTV” kanalında əsl şiyəliyin Suriya məsələsinə baxışının necə olması və İranın yanlış siyasətinə toxundu.( Mənə inanmayan iranpərəstlər internetdə Allame Məhəmməd Həsən Əminin Suriya barədə fikrini və İranı tənqid etməsini izləyə bilərlər).
Allame mərceyi təqlidimiz Məhəmməd Həsən Əmin dedi ki, İran və Hizbullah Suriyada 100.000 müsəlmanın qətlinə səbəb olan zalım Bəşər Əsəd rejiminə dəstək verməklə çox yanlış yoldadır. Çünki bu dəstək şiyəliyin və əhli-beyt davamçısı prinsipindən çıxır və indiyə kimi dünyada şiyəliyin ta İmam Hüseyndən bu zamana qədər olan zülmə qarşı zalımın qarşısında durmaq və məzlumun ahına səs vermək prinsipinə ziddir. İranın yanlış siyasətinin nəticəsində gələcəkdə dünya şiyələri çox zərər görəcək və nüfuzunu itirəcək. Ona görə də mən buna qarşı etiraz aksiyaları keçirirəm və İranın Bəşər Əsəd rejimini dəstəkləməsini, şiyə etiqadı ilə əlaqəsinin olmamasını və İranın siyasi marağı olduğunu açıqlayıram. Mən camaatımla bərabər Suriyada zalım Bəşər Əsəd rejiminə qarşı çıxanların yanındayam və onlara hər cür dəstək verirəm. Çünki bu bizim şiyə etiqadımızın ayrılmaz hissəsidir.
İndi isə üzümü tutub Azərbaycandakı iranpərəstlərə deyirəm. Sizə nə olub ki, İranın siyasi yol xəritəsini şiyə etiqadı kimi qəbul edərək Azərbaycanla yaxın uzaqdan əlaqəsi olmayan Bəşər Əsəd rejiminə mediada dəstək verir və onu müdafiə edirisniz? Bilirsinizmi ki, İranda müctahidlərin demək olar ki, çoxu Bəşər Əsədi müsəlman görmür və kafir adlandırır. Bilirsiniz nəyə görə? Ona görə ki, Bəşər Əsəd ələvidir və ələvilər də Iran müctahidlərinin fətvasına görə İslam məzhəblərindən deyil. Bəs belə olan təqdirdə nə özünüzdən çıxmısınız və Başər Əəsədi müdafiə etməyi şiyə etiqadının əsas prinsipi kimi qəbul edirisniz?
İranın siyasi oyununa gəlib xalq arasında şiyəliyə etiqadı gülünc vəziyyətə salmızınız və ona görə də Azərbaycan xalqının şiyəliyə inamı sizin kimi iranpərəstlərin üzündən azalır. Nurçular, vəhabilər bundan istifadə edib öz etiqadlarını geniş formada yayırlar.
Çox maraqlıdır. Azərbaycanda hicab qadağanına görə hakimiyyəti zalım adlandıranlar 100000 müsəlmanı qətlə yetirən Bəşər Əsədə zalım deməyə gorxurlar.
Hicab qadağası Allah altında çox şiddətli günahdır, yoxsa 100000 müsəlmanın qanının axıdılması? Bu sualı İranda xəmiri çox pis yoğrulanlara ünvanlayıram. Amma əfsuslar olsun ki, sualıma cavab verə bilməyəcəklər.
Məsələ bundadır ki, yuxarıda adları çəkilən iranpərəstlər o qədər pis yoğrulub ki, İranın siyasi yol xəritəsi ilə şiyə etiqadını bir-birindən ayıra bilmirlər.
Deməli, belə çıxır ki, Azərbaycanla İran arasında hansısa siyasi maraqlarda anlaşılmazlıq olsa, siz öz vətəninizi deyil, İranın tərəfini tutacaqsınız ki, İranın siyasi yol xəritəsi şiyə etiqadıdır?
Anlayın ki, bir ölkənin siyasi yol xəritəsini həmin ölkənin siyasətçiləri işləyib hazırlayırlar. Yəni insan düşüncəsinin məhsuludur. İnsan isə həmişə səhv etməyə yaxındır. Etiqad isə Qurandan və əhli-beytdən götürülür. Etiqadda səhv olmaz.
Heç olmasa gözünüzü açın və Allame mərceyi təqlidimiz Məhəmməd Həsən Əminin sözlərini yaxşı dinləyin.
Hə, yoxsa Allamə Mərceyi Təqlid Məhəmməd Həsən Əmin barədə sionistlərin adamımı deyəcəksiniz? Görürsünüz, necə də acizsiniz. Sizin kimi üzdən iraqların üzündən şiyə etiqadımız zərər görür.
Kərəm Muradov