İranla Ermənistan Zəngəzur dəhlizinə alternativ yol çəkməyi PLANLAŞDIRIR

İranla Ermənistan Zəngəzur dəhlizinə alternativ yol çəkməyi PLANLAŞDIRIR

Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonda danışıb.
 
Modern.az xəbər verir ki, onlar bir-birini yeni vəzifəyə keçməkləri münasibəti ilə təbrik ediblər.
 
Bundan başqa,  tərəflər "Fars körfəzi-Qara dəniz” nəqliyyat dəhlizinin açılışını müzakirə edib. Dəhliz Çin və Hindistan mallarının İranın Bəndər-Abbas limanına çatdırılmasını, oradan avtomobil və dəmir yolu xətti vasitəsilə Ermənistan və Gürcüstana çatdırılmasını nəzərdə tutur. Gürcüstandan isə konteynerlərin dəniz yolu ilə Bolqarıstan və Yunanıstana aparılması planlaşdırılır.
 
Rəsmi Yerevan və Tehran "Fars körfəzi-Qara dəniz” dəhlizini Azərbaycanla Türkiyəni, qlobal miqyasda isə Çin, Pakistan və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirəcək Zəngəzur dəhlizinə alternativ görünür.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az