İraq İranla sərhədi bağladı

İraq İranla sərhədi bağladı
İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki "Əş-Şib” keçid məntəqəsi bağlanıb.

Miq.Az RİA "Novosti”yə istinadən xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Məysən əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az