İraq kürd muxtariyyətinin HƏRBİ MƏĞLUBİYYƏTİ, Bərzaninin istefası

İraq kürd muxtariyyətinin HƏRBİ MƏĞLUBİYYƏTİ,  Bərzaninin istefası

İraq regional Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani uğursuz referendum siyasəti nəticəsində istefa verməli oldu. Onun səlahiyyətlərinin hökumət, parlament və Ədliyyə Şurasına təhvil verilməsi qərarı parlamentdə keçirilən səsvermə nəticəsində qəbul edilib. Bərzani xalqın arasında olacağını və bundan sonrada siyasi fəaliyyət göstərəcəyini qeyd etməklə, Kərkükün əldən verilməsində ABŞ-ı xəyanatkarlıqda günahlandırdı. 

Qeyd edək ki, Bərzaninin 25 sentyabrda keçirdiyi referendum birbaşa İraqın parçalanmasına xidmət edirdi. Təbii ki, İraqın parçlanması Türkiyə və İranın da eyni ssenari yaşamasını yaxınlaşdırırdı. Ankara-Tehran və Bağdadın üçlük ittifaqı nəticəsində Bərzaninin müstəqillik planı hələlik təxirə salınmış oldu. 

"Hazırda Ərbillə Bağdad arasında ABŞ-ın başçılığı altında atəşkəs əldə olunub və danışıqlar aparılır.
Türkiyə və İran tərəfindən siyasi-iqtisadi  blokadaya alınan Kürd muxtariyyətində iqtisadi-sosial vəziyyət gərginləşirdi. Buda siyasi-hərbi gərginliyə gətirib çıxaracağı şübhə doğurmurdu. Həmçinin kürd qruplar arasında narazılığı pik həddə qaldıracağı, Bərzaniyə qarşı silahlı çevriliş baş verə bilərdi. Ona görə Bərazni istefa verməklə özünü sığortalamış oldu. Onsuz da referendum qərarı ilə normal münasibətlərdə olduğu  İraq, Türkiyə və İranın yanında etibarsız siyasətçi kimi reputasiyasını korlamışdı."

Bu açıqlamanı Miq.Az-a politoloq Məhəmməd Əsədullazadə bildirdi.
 
"İndiyə kimi Kərkük neftinin satışından milyonlar qazanaraq ayaqda duran Bərzani Kərkük nefti əlindən çıxmaqla istefaya getmiş oldu. İraq ordusunun Kərkükü geri alması, Bərzani çevrəsində ciddi siyasi təlatümə səbəb olmuşdu. 

Bərzani istefa verməklə, hələlik kölgəyə çəkilir. Bununla öz mövcudluğunu qoruyacaq. Həmçinin Muxtariyyətin Baş naziri Nərçivan Bərzanini irəli verməklə, boz kardinallığını davam etdirəcək. Bərazaninin getməsi Tələbani rəhbərliyinin "Kürdüstan Yurdseverlər" və "Goran" partiyaları ilə ciddi siyasi qarşıdurması, siyasi partiyalar arasında yekdil siyasi ortamın olmamasından da irəli gəlirdi. 25 Sentyabr referendumla bu düşmənçilik daha dərinləşdi. Artıq, Ərbil yönətimi Bağdadın şərtləri ilə öz mövcudluğunu saxlayacaq"-deyə politoloq bildirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az