İraqda Baş Nazirin istefası qəbul edildi

İraqda Baş Nazirin istefası qəbul edildi

İraq Məclisi ölkənin Baş Naziri Adel Abdel Mehdinin istefasını qəbul edib.

 "Miq.Az"ın "Anadolu” agentliyinə istinadən məlumatına görə, səvermədə 329 millət vəkilindən 241-i iştirak edib.

Məclis başqanı Məhəmməd əl-Halbusu açıqlamasında bildirib ki, İraq konstitusiyasının 75-ci maddəsinə əsasən yeni Baş Nazirin təyin edilməsi üçün ölkə Prezidentinə müraciət ediləcək.

Qeyd edək ki, 2018-ci ilin oktyabrından Baş Nazir postunda olan Adel Abdel Mehdi bu ilin oktyabrının əvvəlindən İraqın müxtəlif şəhərlərində hökümətin istefası tələbi ilə keçirilən aksiyalardan sonra vəzifəsindən imtina edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az