İrəvanda gərginlik: Paşinyana məruzə olundu: “Hər an...”

İrəvanda gərginlik: Paşinyana məruzə olundu: “Hər an...”

Ermənistan müxalifəti bu gün mitinq çağırıb. Siyasi rəhbərlik narahatlığını gizlətmək istəsə də, əslində bu, yalnız örtükdür. Nikol Paşinyana mitinqə çox sayda iştirakçının qatılacağı barədə məlumat verilib.

Miq.Az xəbər verir ki, bunu Ermənistanda nəşr olunan "Past” qəzeti yazıb.

"Hökumətdəki mənbəyimizə görə, əyalət rəhbərlərinə insanların meydanalara çıxmasının qarşısını almaq əmr edilib. Bənzər bir təlimat da hüquq mühafizə orqanlarına ünvanlanıb”, nəşr bildirib.

Qəzet mitinqin qarşısını almaq üçün təxribatlara əl atılacağını, qarşıdurmaların baş verəcəyini də istisna etməyib.

Qeyd edək ki, Ermənistan müxalifəti ötən gün İrəvanda hakimiyyət əleyhinə mitinq keçirəcəyini açıqlamışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az