İrəvanda Qarabağ bəyanatı - Ərazi bütövlüyü dəstəkləndi

İrəvanda Qarabağ bəyanatı - Ərazi bütövlüyü dəstəkləndi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstək ifadə ediblər.
 
APA-nın verdiyi məlumata görə, bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul edilən bəyanatda deyilir.
 
İclasın yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ermənistan prezidenti Serj Sərkisyan bildirib ki, sessiyada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub: "İclas iştirakçıları münaqişə zonasında vəziyyətin yenidən pisləşməsinə yol verməmək, vəziyyətin stabilləşməsi və sülh prosesin irəliləməsi üçün şəraitin yaradılmasının vacibliyinin qeyd olunduğu  Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstəklərini ifadə ediblər. Həmçinin ölkələr ATƏT-in Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq və norma prinsipləri, Helsinki Yekun aktı və BMT nizamnaməsində göstərilən güc tətbiq etməmə və ərazi bütövlüyü prinsipləri əsasında həlli istiqamətində  səylərini dəstəkləyiblər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az