İrəvanın Bakıya Zəngəzurla bağlı xoşagəlməz təklifi – Zülfüqarov açıqladı

 İrəvanın Bakıya Zəngəzurla bağlı xoşagəlməz təklifi – Zülfüqarov açıqladı
Zəngəzur dəhlizi mövzusu Ermənistan tərəfində də geniş müzakirə edilir. Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbləri bəllidir. Rəsmi İrəvan bu təzyiqlər fonunda müxtəlif ortaq variantlar təklif edir.

Miq.az bildirir ki, bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Sabiq nazir bildirib ki, indiki mərhələdə dəhlizlə bağlı səslənən fikirləri sonuncu təklif kimi qəbul etmək olmaz:

"Çünki digər mövzulara aid mövqelər dəyişməyib. Əslində Ermənistan da böyük oyunçuların oyununun nə ilə nəticələnəcəyini gözləyir. ABŞ-Rusiya, ABŞ-İran istiqamətində hansı proseslərin gedəcəyi hələ məlum deyil”.

Tofiq Zülfüqarova görə, Azərbaycanın iki hissəsi arasında (Azərbaycan-Naxçıvan) əlaqələr yaradılarsa, Ermənistan da bundan bəhrələnə bilər:

"Söhbət Naxçıvana gedəcək dəmir yolu xəttindən istifadədən gedir. Ermənistan da Naxçıvan ərazisindən keçən dəmir yolu xəttindən istifadə edə bilər. Mehridən Naxçıvana qədər dəmir yolu şəbəkəsi bunun üçün optimal variant kimi təklif olunur. Burada paralellik aparmaq düzgün olmaz. Çünki Naxçıvan fərqli bir vəziyyətdədir. Sözsüz ki, dəhlizin hansı variantla açılması ilə bağlı danışıqlar bundan sonra da davam edəcək. Yekun qərara hələ çox var”.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana eksterritorial dəhliz verməyəcəklərini açıqlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az