İrəvanın növbəti “İsgəndər” oyunu başladı – Şərh

İrəvanın növbəti “İsgəndər” oyunu başladı – Şərh

Ermənilər ənənəvi qaydada Ermənistan-Rusiya hərbi əməkdaşlığı müstəvisində ayrılacaq üçüncü hərbi krediti də informasiya müharibəsində istifadə etməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında İrəvanın Rusiyadan "İsgəndər” yeni komplekslərini alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu gün Ermənsitanın "İsgəndər” komplekslərini hətta kreditlə də almağa imkanı yoxdur:

"Hərbi silah-sursat və texnikanın qiymətləri ilə bağlı dəqiq fikir deyə bilməsəm də, bu faktdır ki, "İsgəndər” silahlarının qiyməti çox bahadır. Bu kreditin həcminə baxdıqda, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini görə bilərik”.

Ekspert qeyd edib ki, Rusiyadan başqa hər hansı bir dövlət Ermənistanla hərbi əməkdaşlığa can atmır:

"Hətta KTMT-yə üzv olan və silah istehsal edən digər ölkələr belə Ermənistana silah satmaqdan imtina ediblər. Çünki Ermənistanın silah almaq üçün pulu yoxdur. Bu aspektdən də çox güman ki, bu informasiya müharibəsi seçki öncəsi Azərbaycandakı vəziyyətə hesablanıb”.

Analitikin sözlərinə görə, bu il Aprel döyüşlərinin ildönümüdür və Azərbaycanın qələbəsini Ermənistan nəyin bahasına olursa-olsun, unutdurmağa çalışır:

"Bu informasiya həm də Ermənistanın daxili siyasətinə hesablanıb. Çünki Aprel döyüşləri Ermənistanın KTMT-yə və Rusiyaya olan ümidlərini puça çıxardı. Ermənistan belə informasiyalar yaymaqla tamamilə təklənmədiyini, Rusiyanın Ermənistana kredit ayırdığını və hərbi müttəfiqlik missiyasını yerinə yetirdiyini daxili auditoriyaya çatdırmağa çalışır”.

Qeyd edək ki, "Jamanak” qəzeti öz mənbələrinə istinadən Rusiyanın Ermənistana 100 milyon civarınnda üçüncü hərbi krediti verəcəyini açıqlayıb. Faizsiz verilən hərbi kreditləri İrəvanın "İsgəndər”lərə xərcləyəcəyi iddia edilib.

Ermənistanın müdafiə naziri Vigen Sərkisyan isə Rusiya ilə 3-cü hərbi kredit ayırmaqla bağlı danışıqların aparıldığını təsdiqləsə də, onun məbləği və məhz "İsgəndər” alınmasına xərclənib-xərclənməyəcəyi barədə suala cavab verməyib. Sərkisyanın konkret sualdan yayınmasına görə isə politoloqlar bu məlumatların Ermənistan tərəfindən qəsdən dövriyyəyə buraxıldığını bildiriblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az