Vətəninfo.az İranın rəsmi İnformasiya Agentliyi “İRNA”-ya istinadən xəbər verir ki, İranın vitse-prezidenti İsaq Cahangiri Tehranda İran Ticarət,Sənaye,Mədən və Kəndtəsərüfatı Birliyində keçirilən konfransda çıxışı zamanı ad çəkmədən hazırda həbsdə olan iş adamı Babək Zəncani ilə bağlı fikirlərini səsləndirib. Cahangiri Babək Zəncaniyə İran dövləti tərəfindən göstərilən maliyyə güzəştləri tənqid edib
“ Neft gəlirlərinin 2.7 milyardan çoxunun gənc bir dəliqanlı tərəfindən necə alındığını fikirləşirik. Əgər bu milyarlar,təkrar ölkənin maliyyə sisteminə əlavə edilməzsə,bu İran üçün bir qara ləkə olacaq. İçtimaət hazırda bizi səbirlə izləyir və təbii ki, şəxsi büdcələrinə keçirilən bu pulların nə vaxt İrana qayıdacağının bir gün hesabını da verilməsini tələb edəcəkdir”.

Cahangiri əlavə edib ki, Babək Zəncaniyə dövlətin necə və hansı əsaslarla yüksə miqdarda vəsaiti verməsi ilə bağlı hökumət olar hansısa əsaslandırılan arqumetlərlə qarşılaşmayıblar. İranın birinci vitse-prezidenti qeyd edib ki, Babək Zəncaniyə göstərilən ehtimadın və bu ehtimaddan irəli gələn ümumi proseslərlə bağlı ölkə içtimaətinə hesabat veriməlidir.
Qeyd edək ki, Babək Zəncani Beynəlxalq embarqoların təsirini azaltmaq məqsədi ilə yaradılan şşirkətər vasistəsi ilə, İran dövləti adından İran neftini sataraq əldə olunan gəlirin 2 milyard 700 milyon dollarını mənimsəməkdə ittiham edilərək 2013-cü ildə həbs edilib.

Cahangiri çıxışı zamanı qeyd edib ki, Mahmud Əhmədi Necad iqtidarının maliyyə siyasətini də tənqid edib.
Cahangiri vurğulayıb ki, ölkəyə qrşı beynəlxalq embarqolar səbəbi ilə, İran dövləti açıq aşkar beynəlxalq maliyyə bazarlarında hər hansı bir əməliyyatlar apara bilmədiyindən, gizli şəkildə bu prosesi idarə etmək üçün İstanbula və Dubaya 18 ay ərzində 20 milyar dollardan çox pul köçürməsi həyata keçirilib.
Vətəninfo.az