İşçilərin mənəvi və fiziki sağlamlığı yoxlandı

İşçilərin mənəvi və fiziki sağlamlığı yoxlandı

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları arasında “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilmiş VIII Spartakiada başa çatıb.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Vətəninfo.az” a daxil olan məlumata görə, Spartakiadada “Azərsu” ASC-nin 270-dək əməkdaşı idmanın 6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və daşqaldırma üzrə qüvvəsini sınanıb.
Spartakiadanın bağlanış mərasimində çıxış edən “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstəridiyi diqqət və qayğı nəticəsində Azərbaycanda idmanın kütləviləşdiyini bildirib.Dövlət başçısının 2012-ci ili "İdman ili" elan etməsi ilə əlaqədar ölkədə genişmiqyaslı idman yarışları keçirilir: “Spartakiadada Səhmdar Cəmiyyətin yerli idarə və müəssisələrinin, rayonlardakı təşkilatlarının əməkdaşlarının fəal iştirakı fərəhləndirici haldır. Bu da idman yarışlarının getdikcə kütləviləşməsindən xəbər verir. Hesab edirəm ki, belə idman tədbirlərinin tez-tez keçirilməsi vacibdir. Su təsərrüfatı işçilərinin idmanla məşğul olması üçün hər cür şərait yaradılır və bundan sonra da yaradılacaq.”
Daha sonra fərdi və komanda yarışlarında qaliblərin adları açıqlanıb.Spartakiadanın nəticələrinə görə Səmirxan Rzayev şahmat, İqbal Adilov dama, Qafar Mədətov stolüstü tennis, Namiq Fərgüzarov nərd, Eynulla Qərənizadə daşqaldırma üzrə yarışlarda birinci yeri tutub. Mini-futbol turnirinin qalibi “Kür Su Kəmərləri” İdarəsinin komandası olmuşdur. Ümumi komanda hesabında isə “Azərsu” ASC-nin Aparatının komandası ən yüksək nəticələr göstərərək birinici yeri tutub.
Tədbirin sonunda yarışlarda fərqlənən idmançılar fəxri fərman və pul mükafatı ilə təltif olunub.


Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az