İşə gedərkən yola sərf edilən zaman da iş saatı sayılacaq - QƏRAR

İşə gedərkən yola sərf edilən zaman da iş saatı sayılacaq - QƏRAR

Avropa məhkəməsi qərara alıb ki, işə gedərkən işçinin sərf etdiyi zaman məsafəsi də iş gününün bir hissəsi sayılır.

Miq.Az BBC-yə istinadən xəbər verir ki, bu qərar yalnız ayrıca ofisi olmayan və daha çox ezamiyyətdəki əməkdaşlara şamil olunub.
 
Bundan sonra şirkət rəhbərləri iş qrafikini tərtib edərkən əməkdaşların işə gəlməsi və işdən qayıtmasının minimal vaxt almasını və evlərinin iş yerinə yaxın olmasını nəzərə almalıdırlar.
 
Məhkəmə bu qərarı Avropa İttifaqının işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması normativləri ilə əsaslandırıb. Əsas məqsəd Avropa İttifaqı vətəndaşlarının həftədə 48 saatdan artıq işləməməsinə əmin olmaqdır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az