İŞİD bu dəfə gözəlləri partlatmaq istəyir - FOTO

İŞİD bu dəfə gözəlləri partlatmaq istəyir - FOTO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Filippinin paytaxtı Manilada keçiriləcək "Miss Kainat 2017" (Miss Universe 2017 ) gözəllik müsabiqəsində partlayış törədəcəyini bildirib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, gözəllik müsabiqəsi gələn ilin yanvarın 30-da baş tutmalıdır.
İŞİD-in terror aktı hazırladığı barədə məlumatı terrorçuların fəaliyyətini izləyən SITE Intelligence Group təşkilatı yayıb. 

Təşkilatın ekspertləri filippinli terrorçulardan birinin Telegram messencerindəki kanalında "Miss Universe"ə ünvanlanmış konkret təhdidlərin yer aldığı videonu aşkarlayıb. Videoda üzərinə "Kainat gözəli üçün bomba hazırlayırıq" yazılmış partladıcı qurğu nümayiş olunub.

Builki "Miss Kainat" müsabiqəsində filippinli Pia Alonso Vurtsbax qalib gəlmişdi.
"Miss Universe 2017"in keçirilməsinə 11 milyon dollar gərəkdir. Amma Filippinin hakimiyyət dairələri bu müsabiqə üçün 1 dollar da xərcləməyəcəklər: bütün xərcləri sponsorlar ödəyəcəklər.







Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az