Vətəninfo.az-a daxil olan məlumatda qeyd edilir ki, hazırda Səudiyyə Ərəbistanında yaşayan Gürcüstan vətəndaşı Veysəl Orucov Azərbaycanda radikal cihadçı Əl-Qaidəçi və İŞİD-çi dindarların mənəvi lideridir və onlara davamlı fətvalar verməklə yanaşı, hətta gizli görüşlər belə təşkil edir.
Daxil olan məlumatda o da vurğulanır ki, Veysəl Orucov azərbaycanlı radikal cihadist və İŞİD-çi ünsürlərlə Türkiyədə, bəzi vaxtlar isə Səudiyyədə görüşür. Cənubi Qafqazda, Türkiyədə gənclərin Suriyada cihada dəvət olunmalarının başında da məhz Veysəl Orucov durur.
Məlumatda deyilir ki, Veysəl Orucov ən çox azərbaycanlı dindarları Əl-Qaidənin qolu sayılan "Əhrar-əl Şham” qruplaşmasına qoşulmağa çağırır və bu istəyinə nail olmaq üçün Türkiyədə və Səudiyyəyə dəvət edilən gəncləri ikna etməkdən ötrü görüşlər təşkil edir.
Redaksiyamıza daxil olan həmin məlumatda maraqlı məqamlardan biri isə Veysəl Orucovun Qafqazda Əl-Qaidə-nin güclənməsinə səy göstərməsi ilə bağlıdır. Hətta Azərbaycanın müxtəlif islam dini adı altında fəaliyyət göstərən, lakin islamla heç bir əlaqəsi belə olmayan terrorçu qruplara qarşı sərt mövqeyini qəbul etməyən Veysəl Orucov azğınlaşaraq Azərbaycanı kafir diyarı adlandırmaqdan da çəkinmir. Məlumatda o da bildirilir ki, Veysəl Orucovun əli İçərişəhərdə yerləşən "Ləzgi” məscidinə belə çatır. Bu gün həmin məscid İŞİD-in nəzarətindədir və məscidin rəhbəri də Veysəl Orucovla daim əlaqə saxlayır.
Qeyd edək ki, Azərbaycan dövləti uzun illərdir Ermənistan tərəfindən terrora məruz qalan bir ölkə olaraq, dünyada terrora qarşı formalaşan koalisiyaların tərkibində yer alır və ölkəmizin təhlükəsizlik qüvvələri terrorizm və dini separatizimlə məşğul olan qrupların ölkəmizdə fəaliyyətini qadağan edib. Amma buna baxmayaraq Veysəl Orucov kimi xarici ölkə vətəndaşları özlərinin pozucu əməlləri ilə Azərbaycanda gənclərin beynini korlayaraq şirnişdirici üsullarla bəzi hallarda öz tərəflərinə çəkə bilirlər.
Vətəninfo.az