İŞİD hədəfləri havadan və qurudan vuruldu
Suriyanın Amiriyah bölgəsində həyata keçirilən hava əməliyyatları nəticəsində 4 İŞİD-çi öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı” ilə bağlı açıqlamasında deyilib. İŞİD-ə aid 18 hədəfə "Fırtına" topları vasitəsilə 27 atışın həyata keçirildiyi bildirilib. Bununla da, 24 avqustdan bəri ümumilikdə 307 hədəfə 5 min 34 atış edildiyi məlum olub.
Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı 34-cü gündür ki, davam edir.
Miq.az