“İŞİD İslam dininə kölgə salır”

“İŞİD İslam dininə kölgə salır”
İŞİD terror qruplaşması sülh dini olan İslama kölgə salır.

Vətəninfo.az xəbər verir ki, APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri çərçivəsində bəyan edib.

Onun sözlərinə görə, Qərbdə İslam dininə kölgə salmaq üçün müxtəlif kampaniyalar aparılır, "İslam terroru” anlayışından istifadə edilir.

Qeyd edək ki, Türkiyə prezidentinin Yaponiyaya rəsmi səfəri bu gün başlayıb. Oktyabrın 8-də Ərdoğan bu ölkənin baş naziri Sidzo Abe və imperatoru Akixito ilə görüşəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az