İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürdü

İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürdü
Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

APA-nın "middleeastpress.com”a istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.
Məlumata əsasən, qadınını əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.
F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb.
Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az