“İslam həmrəyliyi Azərbaycan gəncliyinin gözü ilə” layihəsinə start verildi

“İslam həmrəyliyi Azərbaycan gəncliyinin gözü ilə” layihəsinə start verildi
Prezident yanında Gənclər Fondunun  maliyyələşdirdiyi "İslam həmrəyliyi Azərbaycan gəncliyinin gözü ilə” layihəsinə artıq start verilib. Layihənin rəhbəri Aynur İsmayıllının verdiyi məlumata görə, layihə çərçivəsində videorolikin hazırlanması, islam həmrəyliyinin Azərbaycan nümunəsinini ictimai müzakirəsi təşkil olunacaq. Müzakirədə gənclərlə bərabər millət vəkilləri, dövlət orqanlarının nümayəndələri iştirak edəcək.
Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda bizdə dünyəvi prinsirlər də hakimdir. Artıq bir həqiqət qəbul edilir ki, dünyada islam həmrəyliyinə böyük ehtiyac var. O da bəllidir ki, müxtəlif dini qruplaşmalar islamı öz istədikləri kimi təbliğ edirlər.
Məhz bu baxımdan yanaşılanda gənclər arasında həqiqi islam dəyərlərinin təbliği və dini dəyərlərin doğru anlaşılması vacibdir.
İslam dini sülh və əmin-amanlıq dinidir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri yaxşı gündə də, dar gündə də bizimlə bir sıradadırlar. Bu uğurla aparılan dövlət siyasətinin nəticəsidir.
Ölkəmizdə İslam Həmrəyliyi oyunlarının keçirilməsi gənclər arasında bu mövzuya marağı daha da artırır. Eyni zamanda Azərbaycan bu oyunları keçirməklə islam həmrəyliyi sahəsində artıq dünyaya  bir nümunə göstərir.
Layihə Bakı şəhərində həyata keçiriləcək və 3 ay müddətində reallaşacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az