İsveçrənin maliyyə naziri Azərbaycana gəlir

İsveçrənin maliyyə naziri Azərbaycana gəlir
İyulun 15-16-da İsveçrənin maliyyə naziri Ulrix Mauer Azərbaycana səfər edəcək.

İsveçrənin Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən xəbərə görə, nazir səfər çərçivəsində bir sıra hökumət rəsmiləri ilə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən "Bretton Woods Institutions" ilə əməkdaşlıq, hər iki ölkənin cari iqtisadi və maliyyə durumu müzakirə olunacaq.

Qeyd edək ki, U. Mauer Bakıya səfərindən əvvəl iyulun 11-13-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək "Bretton Woods Institutions" birliyinin tərəfdarlarının illik görüşündə iştirak edəcək. "Bretton Woods Institutions" dedikdə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu nəzərdə tutulur. Adıçəkilən birliyin səsvermə qrupunun üzvləri Azərbaycan, Qazaxıstan, Polşa, İsveçrə, Serbiya, Türkmənistan, Tacikistan, Qırğız Respublikası və Özbəkistandır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az