"İtkilərimiz artıb, yaralılarımız var, hərbçilərin qana ehtiyacı var" - Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi


Ermənistanın Müdafiə Nazirliyi, həmişə olduğu kimi, hərbçilərin itkisini gizlədir.

İyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya ilə atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Ancaq Ermənistan Müdafiə nazirliyini yalan məlumatına əsasən sosial şəbəklərdə yayılan məlumatlarla ölkədə çaşqınlıq yaranıb. Sosial şəbəkələrdə aydın şəkildə yazılır ki, Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlarla ictimaiyyəti aldatmaqda davam edir.

Bir neçə dəqiqə əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan həyəcanlı paylaşım edib və dərhal məlumatı silinib. Sosial şəbəkədəki rəsmi səhifədə Şuşan Stepanyan hərbçilərə qana ehtiyacı olduğunu qeyd etmiş və kömək istəməşdi. Hər kəsi donor olmağa çağırış etmişdir. Şuşan Stepanyan dərc etdiyi statusda vəziyyətin pisləşməsi ilə bağlı və çoxsaylı itkilər,və yaralılar barədə yalan danışmağa məcbur olduğunu etiraf etdi. Müdafiə Nazirliyinin itkilərlə bağlı rəsmi açıqlaması həqiqətə uyğun deyil, sosial şəbəkələrdə Şuşan Stepanyan böyük itkilər və yaralılar haqqında etiraf edib.

Miq.Az Bakutime.az-a istinadən Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tərəfindən rəsmi səhifəsində dərc edilmiş və bir neçə dəqiqə sonra silinmiş postu təqdim edir.

Miq.Az -ın əldə etdiyi son məlumata görə,  hal-hazırda Azərbaycan Ordusu düşmənin dayaq məntəqələrini, ehtiyatları, canlı qüvvəsi, texnikası, komanda məntəqələrini vurub və məhv edib. Döyüşlər davam edir.




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az